AZ

Gürcüstanda Azərbaycandilli məktəblərlə bağlı SOS

"Gürcüstanda olan Azərbaycandilli məktəblərin sayı sürətlə azalır. Əgər 33 il əvvəl orada 180 Azərbaycandilli məktəb var idisə, indi onların sayı 100-ə yaxınlaşır".

Musavat.com xəbər verir ki, bu fikirləri dosent İlham Əhmədov bildirib.

AHMED.jpg

"Biz xaricdə oxuyan gənclərimizin, xaricdən bura gələn tələbələrin bir qisminin təhsilini maliyyələşdiririk, təhsil qrantı verməklə. Gürcüstanda yaşayan gənclərimizin də Bakıda ali təhsil alması üçün qrant versək, yaxşı olardı. Xüsusən də müəllim və həkim ixtisasları üzrə", - deyə o əlavə edib.

İlham Əhmədov qeyd edib ki, məktəblərin bu cür "rasionallaşması" Gürcüstanda Azərbaycandilli ali təhsilli müəllimlərin çatışmazlığı ilə əlaqədardır:

"Çünki gürcüstanlı gənclərin son 30 ildə Bakıda ali təhsil, o cümlədən ali pedaqoji təhsil almaq imkanları olmayıb.

Biz bu problemi 2017-ci ildə qaldırmışdıq, məsələnin Bakıda bu məktəblər üçün distant təhsil sisteminin yaradılması ilə həll edilməsini təklif etmişdik. Amma həmişəki kimi, ETN bu vacib təklifi də eşitmədi".

Afaq Mirayiq,
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr