Editor.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb. Belə ki, 8-ci sinif şagirdi bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bıçaqlanan və hadisəni törədən Sevinc qəsəbəsində yerləşən 21 nömrəli tam orta məktəbin şagirdləridir.
Hadisəni məktəbin 10-cu sinif şagirdi törədiyi bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Faktla bağlı araşdırma aparılır.