AZ

Ronaldo yenə FİFA-nı boykot etdi

Portuqaliya millisinin və "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo FİFA-nın "The Best" mükafatının səsverməsinə qatılmayıb.

“İki sahil” xəbər verir ki, 39 yaşlı hücumçu səs verməkdən imtina edib.

Onun əvəzinə səsvermənin iştirakçısı Portuqaliya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva olub.

2024-cü ilin ən yaxşı oyunçusu mükafatı üçün səsvermədə yarımmüdafiəçi komanda yoldaşı Rodrini 1-ci, Vinisius Junioru (“Real”) 2-ci, Erlin Haalandı (“Mançester Siti”) isə 3-cü yerə qoyub.

Ronaldo ötən il də "The Best"in səsverməsində iştirak etməmişdi. Onun əvəzinə bunu müdafiəçi Pepe etmişdi.

Qeyd edək ki, 2024-cü ilin ən yaxşı futbolçusu Vinisius Junior seçilib. 

Seçilən
2
4
ikisahil.az

8Mənbələr