AZ

Rusiya toyuq əti idxalını 40 faizə yaxın artırıb

2024-cü il yanvarın 1-dən noyabrın 17-dək Rusiyaya quş əti idxalı 38,7 faiz artıb.

Musavat.com İnterfaks-a istinadən xəbər verir ki, bu məlumat Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Federal Gömrük Xidmətinin məlumatları əsasında hazırlayaraq hökumətə göndərdiyi məktubda yer alıb.

Məlumata əsasən bu zaman uzaq xaricdən idxalda 1,6 dəfə artım qeydə alınıb. Məktub hökumətin ötən ilin payızında Nazirlər Kabinetinin üzvləri ilə görüşündən sonra prezidentin tapşırıqlarının yerinə yetirilməsi üzrə gedişatı barədə məlumat vermək üçün hazırlanıb. Agentliyin mənbəsi xatırladıb ki, prezident Vladimir Putin həmin müşavirədə quş ətinin bahalaşması məsələsini qaldırıb və bildirib ki, belə vəziyyətlərdə “hökumət məlum mexanizmləri, o cümlədən ən yaxın qonşulardan idxal alışlarını operativ şəkildə həyata keçirməlidir”.

Qeyd edək ki, Rusiya hökuməti 2024-cü ildə ölkəyə 140 min ton quş ətinin rüsumsuz idxalı üçün kvota müəyyənləşdirib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu günə kimi həmin kvotadan 75,3 min ton məhsulun idxalına icazə verilib.

Nazirliyin proqnozuna görə, 2024-cü ildə Rusiya quş əti bazarının həcminin 6,1 milyon ton (ilkin kəsim çəkisində), o cümlədən istehsalın 5,4 milyon ton olacağı gözlənilir. 2023-cü ildə bu rəqəmlər müvafiq olaraq 6 milyon və 5,3 milyon ton olub.


Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr