AZ

Hicran Hüseynova Sumqayıtda vətəndaşları qəbul edib

Dekabrın 18-də 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə görüşüb. Deputat vətəndaşların müraciətlərini dinləyərək, onların qarşılaşdıqları məsələlərə maraqlanıb.

“İki sahil” xəbər verir ki, görüşdə vətəndaşların qarşılaşdıqları çətinliklər xüsusi diqqətə alındı və həmin məsələlərin həlli məqsədilə müraciətlər aidiyyəti qurumlara yönləndirildi. Vətən müharibəsi qazilərinin müraciətləri ayrıca nəzarətə götürülərək, problemlərin həlli üçün müvafiq addımlar atılmağa başlanıldı. Dövlətin bu şəxslərə göstərdiyi diqqət və qayğıya görə qazilər və şəhid ailələri minnətdarlıqlarını bildirdilər.

phrase_var_article.chosen
15
1
ikisahil.az

2phrase_var_article.sources