Rusiyanın Murmansk vilayətində içərisində 326 nəfərin olduğu sərnişin qatarı ilə yük qatarı ilə toqquşub.
Azpost.info xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğundan məlumat verilib.
Hadisə nəticəsində 3 sərnişin qatarı və yük vaqonu relsdən çıxıb. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Həlak olanlar barədə məlumat yoxdur.
Hadisə yerinə xilasedicilər və 3 təcili yardım briqadası cəlb olunub.
Qəzanın bütün təfərrüatları müəyyənləşdirilir.
Azpost.info