AZ

HƏMAS xəstə və yaşlı girovları azad etməyə razılaşıb

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində tibbi yardıma ehtiyacı olan israilli girovları, eləcə də anklavda saxlanılan yaşlıları və qadın hərbçiləri azad etməyə razılıq verib.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin bildirdiyinə görə, yaxın bir neçə saat Qəzza ilə bağlı danışıqlarda həlledici ola bilər.

Telekanal iddia edir ki, HƏMAS atəşkəs razılaşmasının birinci mərhələsində anklavda hərbi əməliyyatların tam dayandırılması tələbindən imtina edib. Lakin hərəkat təkid edir ki, Qəzzanın şimal rayonlarının sakinləri İsrail hərbçiləri tərəfindən əlavə yoxlama olmadan öz evlərinə qayıtmaq imkanına malik olmalıdırlar.
 
 
 

Seçilən
6
6
7news.az

8Mənbələr