Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Misirə səfər edəcək.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə kommunikasiya direktoru Fahrettin Altun aşıqlama verib.
O bildirib ki, prezident Ərdoğanın sabah 11-ci D-8 (İnkişaf etməkdə olan Səkkiz Ölkə Təşkilatı)Təşkilatı Zirvə toplantısına qatılacaq: "Cənab prezident, "Gənclərə sərmayə və KOBİ-lərə dəstək: Sabahın iqtisadiyyatını formalaşdırmaq” mövzusunda keçiriləcək sammitdə çıxış edəcək, eyni zamanda, Fələstin və Livandakı vəziyyətlə bağlı xüsusi sessiyada iştirak edəcək.
Bundan başqa, cənab Ərdoğöan həmkarları ilə də ikitərəfli görüşlər keçirəcək. Prezidentimiz həmçinin Suriya və Fələstin başda olmaqla, aktual qlobal və regional məsələlərlə bağlı dövlət və hökumət başçıları ilə fikir mübadiləsi aparacaq”.
Lamiyə Əhmədli
MİA.AZ