AZ

İsrail ordusu təxliyə əmri verdi: "Dərhal hərəkət edin"

İsrail hərbçiləri Qəzzanın mərkəzində yerləşən Bureyc qaçqın düşərgəsinin sakinlərinə məcburi təxliyə əmri verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.

Təxliyə əmri ilə əlaqədar ordunun sözçüsü Aviçay Adri İsrailə zərbə endirilən nöqtələr olduğu ehtimal olunan bölgələrin xəritəsini təqdim edib.

Adri həmin bölgələrin mütləq təmizlənməli olduğunu diqqətə çatdırıb.

"Şəxsi təhlükəsizliyiniz üçün dərhal humanitar zonalara doğru hərəkət edin", - deyə ordu rəsmisi vurğulayıb.

Yerli və beynəlxalq təşkilatlar isə hazırda Qəzza zolağında təhlükəsiz nöqtənin olmadığını bildiriblər.
phrase_var_article.chosen
18
1
sherg.az

2phrase_var_article.sources