ABŞ Prezidenti Cozef Baydenin administrasiyası 2024-cü ilin sonuna qədər Ukraynaya hərbi yardım üçün 1,22 milyard dollar xərcləməyi planlaşdırır.
Bu barədə \"Defense One” nəşri adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
\"Administrasiya Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü (bu, Ukrayna Silahlı Qüvvələri üçün açıq bazarda yeni silah-sursat almağa imkan verir) çərçivəsində qalan 1,22 milyard dolları ilin sonuna qədər istifadə etməyi planlaşdırır\", - nəşr bildirib.
Anonim rəsminin sözlərinə görə, Pentaqonun bu təşəbbüs çərçivəsində Ukraynaya verə biləcəyi 5,6 milyard dollar dəyərində silah və texnika var. Lakin bu vəsaitin bir hissəsinin verilməsi məsələsinə artıq ABŞ Prezidentinin yeni administrasiyası baxacaq.
///report