Dünya Badminton Federasiyasının İnkişaf direktoru Yan Rayt Milli Olimpiya Komitəsində olub.
İdman.biz xəbər verir ki, Beynəlxalq Proqramlar İdarəsinin (BPİ) rəhbəri Mehman Kərimovla görüşdə tərəfdaşların birgə həyata keçirdiyi layihələr haqqında müzakirə olunub.
Növbəti 4 illik Olimpiya dövrü üçün planlar haqqında fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin Azərbaycan Badminton Federasiyasının Baş katibi Ramil Hacıyev, millinin baş məşqçisi Morteza Validarvi və BPİ-nin layihələr üzrə rəhbəri Ceyhun Rəhmanov iştirak ediblər.
İdman.biz