Rusiyanın Murmansk vilayətində yük qatarı sərnişin qatarı ilə toqquşub.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.
İlkin məlumata görə, Murmansk - Sankt-Peterburq marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə yük qatarı Knyajaya stansiyası ərazisində toqquşub.
Sərnişin qatarının üç vaqonu və yük vaqonları relsdən çıxıb.
Xilasedicilər, həmçinin üç təcili yardım briqadası göndərilib. Kandalakşa nəqliyyat prokuroru Tatyana Çumakova da hadisə yerinə gedib.