Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Bişkek şəhərində yerləşən Qırğızıstan-Rusiya Slavyan Universitetinə işgüzar səfər edib.
BDU-dan Tehsil.biz-ə bildirilib ki, görüş zamanı ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Nümayəndə heyəti son illərdə BDU-nun elmi fəaliyyətinin inkişafı və universitetin qlobal arenada nüfuzunun artırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilən nailiyyətlər barədə təqdimatla çıxış edib.
Qırğızıstan-Rusiya Slavyan Universitetinin tədris işləri üzrə prorektoru Yelena Devyatova BDU ilə əməkdaşlığın hər iki universitet üçün böyük perspektivlər yaratdığını, birgə layihələrin, eləcə də akademik mübadilələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümid etdiyini bildirib.