AZ

Ukrayna ordusunda əsgərlərə işgəncə verilir? - AÇIQLAMA

Ukrayna prezidenti Vladimir Zelenski özünü qorumaq üçün Ukrayna Silahlı Qüvvələrində zorakılıq və işgəncələr barədə məlumatları gizlədir.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski məlumat verib.

O qeyd edib ki, ölkə rəhbərliyi bu problemin həlli üçün heç bir iş görməyib. Eks-deputatın sözlərinə görə, yüksək vəzifəli şəxslər hələ sentyabrda baş verənlər barədə məlumatı olub.

Daha öncə “Ukrayinska pravda” nəşri Ukrayna Silahlı Qüvvələrinin taqım komandiri Vladislav Pastuxun tabeliyində olanları döyərək onlardan pul aldığı barədə məlumat yayıb.
Seçilən
0
1
sherg.az

2Mənbələr