Kursk bölgəsində Rusiya üçün döyüşən yüzlərlə Şimali Koreya əsgəri yaralanıb və ya ölüb.AFN.az xəbər verir ki, bu barədə yüksək rütbəli ABŞ rəsmisi "Associated Press"ə bildirib. Onun sözlərinə görə, KXDR hərbçiləri hərbi əməliyyatlarda iştirak təcrübəsi olmadığı üçün xeyli itki veriblər. Eyni zamanda, agentliyin həmsöhbəti neçə Şimali Koreya əsgərinin öldüyünü dəqiq deyə bilməyib.Şimali Koreya qoşunlarının Kursk bölgəsində ilk itkiləri dekabrın 16-da Pentaqonun sözçüsü general-mayor Patrik Rayder tərəfindən açıqlanıb. Onun sözlərinə görə, onlar ilk dəfə döyüşə bir həftə əvvəl çıxıblar və həm rus bölmələri ilə birlikdə, həm də müstəqil şəkildə döyüşürlər. Eyni zamanda, Rayder qeyd edib ki, ölənlərin sayı barədə dəqiq məlumatı yoxdur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta