AZ

Özəl bağçalara qeydiyyat yenidən başladı

Bu ilin əvvəlində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov vəzifəsindən azad edilib.

Modern.az-ın məlumatına görə, HDQ komandanı vəzifəsinin müvəqqəti icrası birinci dərəcəli kapitan Şahin Məmmədova tapşırılıb.

Azərbaycanda səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi türkiyəli nümayəndə heyəti bu gün Şahin Məmmədovla görüşüb. Məlumatı Müdafiə Nazirliyi yayıb.

2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası da ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.

O, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Sübhan Bəkirov 1964-cü il avqustun 4-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub.

O, 1982–1984-cü illərdə Sovet Ordusunun sıralarında, uzaq şərq vilayətində hərbi xidmət keçib. 1993-cü ildən isə Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub.

Daha sonra, 1997–2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. 2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi — zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi ("n" saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub.

S.Bəkirov, 2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini - Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bir il sonra, Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixli 3006 nömrəli Sərəncamına əsasən Sübhan Bəkirov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 12 mart 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunan Bəkirova, eyni il prezidentin 25 iyun 2020-ci il tarixli Sərəncamına əsasən kontr-admiral ali hərbi rütbəsi verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı Dəniz Xüsusi Təyinatlıları tərəfindən Araz boyu istiqamətində 23 kənd, bir sıra yaşayış məntəqəsi və eləcə də, adsız yüksəkliklər daxil olmaqla Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Sübhan Bəkirov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 04 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Vitse-admiralı ali hərbi rütbəsi verilib.

"Cebheinfo.az"

Seçilən
11
cebheinfo.az

1Mənbələr