Yerə ötürülən sirli siqnallar çoxalır
Kainatın dərinliklərindən Yer planetinə ötürülən radiosiqnallar artır. Astronomlar növbəti dəfə qəribə radiosiqnallar qeydə alsalar da, onların mənbəyi hələ ki, sirr olaraq qalır.
Reyting.az bildirir ki, alimlər sirli ulduz duetlərini təqib edirlər.
Məlumata görə, tədqiqat fenomeninin unikallığını vurğulayan qeyri-adi uzun və güclü radiopartlayışları ilə üçüncü ulduz da aşkara çıxarılıb.
"GLEAM-X J0704-37" adlanan obyekt Yer planetindən 5000 işıq ili uzaqlıqda yerləşir və yanıb-sönmə hər 2,9 saatdan bir 30-60 saniyə davam edir.
Alimlərin fikrincə, bu kosmik mənbə ikili ulduz sistemi - qırmızı və ağ cırtdan ilə əlaqəlidir.
Beynəlxalq Radio Astronomiya Tədqiqatları Mərkəzinin əməkdaşı, astrofizik Nataşa Herli-Uolkerin sözlərinə görə, əvvəllər ulduzların mənşəyindəki mövcud sıxlıq səbəbindən bu cür siqnalları öyrənmək çox çətin olub. Lakin indi vəziyyət dəyişib, yeni obyekt nisbətən boş ərazidə aşkar edilib ki, bu da axtarışları genişləndirməyə imkan yaradıb.
Herli-Uolker deyib ki, bu, əslində radiodalğaları yaradan ulduz sistemi strukturudur.
Xatırladaq ki, "GLEAM-X J162759.5-523504.3" ilk belə dalğa ötürən obyekt kimi 2022-ci ildən kəşf edilib. Onun partlamaları hər 18,18 dəqiqədən bir 30 ilə 60 saniyə arasında davam etsə də, 2018-ci ilin martından fəaliyyəti qəfil dayanıb. Beləliklə, 2023-cü ildə "GPM J1839-10" adlı ikinci mənbə, hər 22 dəqiqədən bir ümumilikdə beş dəqiqəlik partlayışlarla kəşf olunub. Daha sonra alimlərə məlum olub ki, belə davamlı partlayışların ardınca və qısa bir fasilə ilə radiosiqnalların Yer kürəsinə ötürülməsi 1988-ci ildən bəri indiyədəkdavam edir.
"GLEAM-X J0704-37" spektrinin tədqiqi mənbənin ağ cırtdanla qoşalaşan qırmızı cırtdan olduğunu ortaya qoyub. Alimlərə məlum olub ki, qırmızı cırtdanlar böyük qüvvədir, üstəlik, onlar Süd yolundakı ulduzların 70 faizini təşkil edir, lakin kiçik olduqlarından adi gözlə görünmür. Ağ cırtdanlar güclü radiasiyanı yarada bilən ölü ulduzların qalıqlarıdır, həmçinin sistemdə ağ cırtdanın maddəni öz qırmızı yoldaşından ayırmaqla, davamlı şəkildə radiodalğalar yaratdığı düşünülür.
“Radiosiqnallar şüurun, yoxsa kosmik bir prosesin məhsuludur, - sualı da çox sirli təsir bağışlayır, lakin biz tədqiqatlara və əldə edilənlərə inanmağa məhkumuq. Axı bu, bizim qalaktikamızda qeyri-adi, həm də ən nadir obyektlərdən biri ola bilər - ağ cırtdan pulsar", - söyləyən elm adamları yekdil fikirdədirlər.
Hələlik bu siqnalların yadplanetlilər tərəfindən göndərilmə ehtimalı alimlər üçün qeyri-ciddi sayıldığından onlar tamamilə diqqəti digər sahələrdə aparılan elmi araşdırmalara yönəldiblər.
Ümumilikdə ölü ulduzların qalıqları kimi qəbul edilən ağ və qırmızı cırtdanlardan bəhs olunan yeni nəzəriyyənin tam təsdiq edilməsi üçün alimlər radio, həmçininultrabənövşəyi diapazonlarda əlavə elmi müşahidələr planlaşdırırlar.
Oqtay QORÇU