AZ

Narkomanlığa qarşı mübarizə mövzusunda QHT-lər üçün təlim təşkil edilib -  FOTO

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində 30-dan çox aidiyyəti qeyri-hökumət təşkilatının layihə rəhbərləri üçün narkomanlığa qarşı mübarizə mövzusunda təlim keçirib. Təlim “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 4.1.18-ci yarımbəndinin icrası məqsədilə reallaşıb.

Komissiyanın işçi qrupundan Avtosfer.az-a verilən məlumata görə, təlim çərçivəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, aidiyyəti qeyri-hökumət təşkilatları tərəfindən narkomanlığa qarşı mübarizə mövzusunda hazırlanan layihələrin və maarifləndirmə xarakterli tədbirlərin icrası istiqamətində müzakirələr aparılıb.

Seçilən
11
avtosfer.az

1Mənbələr