Azərbaycan Moda Həftəsinin (Azerbaijan Fashion Week) 17-ci mövsümünün nümayişi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirin açılışını tanınmış Azərbaycan brendi “Ulker Huseynova Couture” edib.
Brend böyük maraqla qarşılanan “Parla” kolleksiyasını nümayiş etdirib.
Kolleksiyada uzunətəkli ziyafət geyimləri, kokteyl libaslar və şalvarlı kostyumlar yer alıb. Üç rəngdə (qara, bordo və ağ) təqdim olunan kolleksiyada qara rəngə üstünlük verilib. Geyimlər strazlarla bəzədilib və xüsusi dizaynla tamamlanıb.
Qeyd edək ki, 2014-cü ildə yaradılmış “Ulker Huseynova Couture” geyim brendinin əsas fəlsəfəsi qadın zərifliyi və individuallıqıdır. Brendin təsisçisi dizayner Ülkər Hüseynova öz zövqünə uyğun libasları ərsəyə gətirir və öz alıcılarına təqdim edir. Brendə aid bütün obrazlar keyfiyyətli parçalar və əsrarəngiz detallardan yaradılır.
İnstaqram: @ulkerhuseynovaofficial
Ünvan: Vaqif prospekti, 105 A, Bakı şəhəri;
Əlaqə nömrələri: +994 12 440 00 00, +994 50 556 77 66.