AZ

Sumqayıtda körpünün sökülməsinə görə bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir

Bakı. Trend:

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən qəzalı körpününsöküntü işlərinə görə bəzi marşrut xətlərinin hərəkət sxemidəyişdirilir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumatyayıb.

Bildirilir ki, 16/19, 17, 18 və 27 nömrəli marşrutlar AlıMustafayev küçəsi (Sumqayıt şəhəri. Tunel) – Ayna Sultanova küçəsi– Hacıbaba Səmədov küçəsi ilə təşkil ediləcək.

503 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsiSaray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsiisə Bakı Beynəlxalq Avtovağzal Kompleksi;

521 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsiSaray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsiisə Novxanı qəsəbəsi;

523 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsiSaray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsiisə Xırdalan şəhəri olmaqla fəaliyyət göstərəcək.

522 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsiSaray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsiisə Koroğlu küçəsi (Sumqayıt şəhəri) olmaqla Nizami Gəncəvi küçəsi– Məhəmməd Əmin Rəsulzadə küçəsi – Bakı-Quba-Rusiya yolu – Sülhküçəsi ilə təşkil ediləcək.

505 nömrəli müntəzəm marşrutun müvəqqəti olaraq başlanğıcdayanacaq məntəqəsi Koroğlu küçəsi (Sumqayıt şəhəri, dairəninyaxınlığı) müəyyən edilir.

Seçilən
2
42
az.trend.az

10Mənbələr