AZ

Xavi Avropa nəhənginin baş məşqçisi olur

İtaliyanın “Milan” klubu baş məşqçi Paulo Fonsekanı istefaya göndərmək istəyir. Metbuat.az xəbər verir ki, “Milan” onun əvəzləyicisini də müəyyən edib. İspaniya mediasının iddiasına görə, “Milan” Xavi Hernandezi kluba gətirmək istəyir. Tərəflər arasında danışıqların başladığı bildirilir. Danışıqların məhsuldar keçdiyi deyilir. Xəbərdə deyilir ki, “Milan”ın uğursuz oyunu rəhbərliyi qane etməyib. “Milan” A Seriyasında 23 xalla səkkizinci sırada qərarlaşıb. Xavi “Milan”da işləyərsə, çox bəyəndiyi futbolçu Rafael Leao ilə işləmək imkanı əldə edəcək. Xavi hələ “Barselona”da işlədiyi vaxtda Rafael Leaonu transfer etməyə çalışıb.

Qeyd edək ki, ötən mövsümün sonunda "Barselona" tərəfindən qovulan ispaniyalı hazırda komandasızdır. Xavi 2019-2021-ci illərdə Qətərdə "Əl-Sədd"in baş məşqçisi olub. Ardınca 2024-cü ilə qədər "Barselona"da işləyib. O, 143 oyunda 91 qələbə, 23 heç-heçə və 29 məğlubiyyət əldə edib. Xavi LaLiga və Superkuboku qazanıb.

Seçilən
7
11
metbuat.az

10Mənbələr