ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Floridadakı qolf klubunda yeni saç düzümündə görüntülənib.
SİArus saytlarına istinadən xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
...Siyasətçini yeni saç düzümü ilə göstərən qısa video onun tərəfdarı tərəfindən X sosial şəbəkəsində yerləşdirilib. Tramp insanların yanından keçir, əlini yelləyir və soruşur: “Hamı respublikaçıdır?”
Videoda Trampın saçlarının həmişəkindən daha qısa görünməsi internetdə gərgin müzakirələrə səbəb olub.
İmic dəyişikliyinin qəsdən atılmış addım olub-olmadığı, yoxsa siyasətçinin sadəcə olaraq bir müddət köhnə saç düzümünü dayandırması bəlli deyil.
“Newsweek” yazarları qeyd ediblər ki, seçilmiş prezidentin keçmiş saç düzümü "onilliklər ərzində onun ictimai şəxsiyyətinin və brendinin əsas elementi olub".
Tramp həmişə saçlarına yaxşı qulluq edib.
...Hər kəs bilir, nifrət edənlər etiraf etməkdən imtina etsələr də: mən parik taxmıram. Saçlarım mükəmməl olmaya bilər, amma mənimdir.
Hə, xatırladaq ki, bunu o, 2013-cü ildə X şəbəkəsində yazmışdı.
Əli Babayev