AZ

Yüksək Liqa: “Xilasedici” və “Murov”dan ilin son oyununda qələbə

Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 2024-cü ilin son oyunları keçirilib.

Arena.az xəbər verir ki, Yüksək Liqanın 3-cü turuna ötən gün keçirilmiş “Neftçi” – MOİK matçı ilə start verilmişdi.

Turun açılış qarşılaşmasında “Neftçi” MOİK-ə 3:0 hesabı ilə qalib gəlmişdi.

Bu gün 3-cü turun daha iki oyunu baş tutub. İlk olaraq FHN-nin idman zalında “Xilasedici” komandası “Azərreyl”lə qarşılaşıb. Gərgin keçən matçda “Xilasedici” komandası 3:1 hesabı ilə qələbə qazanıb.

Turun və ilin son oyunu Sumqayıt Olimpiya İdman Kompleksində “Gənclər” və “Murov” komandaları arasında olub. Bu görüşdə “Murov” “Gənclər”i 3:0 hesabı ilə məğlub edib.

Yüksək Liqa
3-cü tur
18 dekabr

“Xilasedici” – “Azərreyl” 3:1 (19:25, 25:23, 25:18, 26:24)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

“Gənclər” – “Murov” 0:3 (14:25, 14:25, 13:25)
Sumqayıt Olimpiya İdman Kompleksi.

Xallar: Murov – 9. Xilasedici – 9. Neftçi – 5. Azərreyl – 4. Gənclər – 0. MOİK – 0.

Seçilən
12
arena.az

1Mənbələr