AZ

"Tamaşaçının səviyyəsini yüksəltmək üçün səhnə yuxarıda olur" - Əməkdar artist

Son dövrlər  bəzi insanlar adətən dialekt və jarqon sözlərdən istifadə edilən tamaşa, serial, filmlərə üstünlük verirlər. 

Bu tip ekran əsərləri bir növ insanların gülüşünə səbəb olur. 

Maraqlıdır, tamaşaçını güldürmək üçün mütləq dialektdə danışıb, səhnədə söyüş söymək lazımdı?

Bu barədə Hit.az-a açıqlama verən Əməkdar aktrisa Xatirə Süleymanova deyib ki, bu tip ifadələr tamaşaçının səviyyəsini aşağı salır:

“Söyüş söymək, jarqon ifadələrdən istifadə etmək aktyorun ağırlığını aşağı salır. Aktyor və ya aktrisa öz rolunu ciddi oynamalıdır. Əgər aktyor öz öhdəsinə düşən obrazı peşəkarlıqla yerinə yetirisə, tamaşaçıda gülüş doğuracaq. Bütün duyğular ciddilikdən yaranır. Gülüş də, faciə də. Qəti söyüş söymək olmaz. Tamaşaçının səviyyəsini yuxarı qaldırmaq lazımdır. Buna görə səhnə yuxarıda olur”.

Murad

Seçilən
10
hit.az

1Mənbələr