Bakı. Trend:
Paris Kassasiya Məhkəməsi Fransanın keçmiş prezidenti NikolyaSarkozinin (2007-2012) nüfuz ticarəti və istintaqa təzyiq işi üzrəbir il azadlıqdan məhrum edilməsi ilə bağlı ApellyasiyaMəhkəməsinin hökmünü təsdiqləyib.
Trend xəbərverir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin may ayında Paris ApellyasiyaMəhkəməsi Sarkoziyə qarşı 2021-ci ildə aşağı instansiyaməhkəməsinin verdiyi bir il həbs və iki il şərti azadlıqdanməhrumetmə hökmünü qüvvədə saxlayıb. Məhkəmə, həmçinin, Sarkoziniseçkidə namizədliyini irəli sürmək hüququndan məhrum edib.
Məhkəmənin qərarına əsasən, keçmiş dövlət başçısı cəzasınıhəbsxanada deyil, elektron bilərziklə evdə çəkə bilər.
Sarkozinin vəkili bildirib ki, o, yaxın həftələrdə bu qərardanAvropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət edəcək.
Qeyd edilib ki, 69 yaşlı siyasətçi respublika tarixində realhəbs cəzasına məhkum edilmiş ilk keçmiş prezidentdir. Yaxınvaxtlarda hakim onu elektron bilərzikdən istifadə şərtlərinimüəyyən etmək üçün çağırmalıdır.