Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin "Boluspor" klubunda məhsuldar ötürmə ilə yadda qalıb.


Rekord.az xəbər verir ki, 29 yaşlı vinger "1461 Trabzon"u məğlub etdikləri ölkə kubokunun 5-ci mərhələsinin matçında assist müəllifi olub.


71-ci dəqiqədə meydana daxil olan oyunçu 77-ci dəqiqədə komandasının sonuncu qolunun vurulmasında yaxından iştirak edib.


Rəqibini 4 cavabsız qolla üstələyən "Boluspor" Türkiyə Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb.