Fransanın Ali Məhkəməsi keçmiş prezident Nikolya Sarkozinin barəsindəki 3 illik azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.
Məlumata görə, qərar nüfuz ticarəti və istintaqa təzyiq işi üzrə hökmdən şikayət əsasında çıxarılıb. Sarkozi cəzasının 1 ilini elektron qolbağın tətbiqi ilə ev şəraitində, iki illik müddətini isə şərti olaraq çəkməlidir.
Məhkəmə, həmçinin, Sarkozini seçkidə namizədliyini irəli sürmək hüququndan məhrum edib.
Keçmiş prezident barəsində olan məhkəmə qərarına "X" hesabında münasibət bildirib.