AZ

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Coğrafi İnformasiya Sistemi (CİS) sahəsində tanınmış ABŞ-nin "ESRI" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində “Tələbələr üçün ArcGIS” proqramının açılışına dair tədbir keçirilib. Tədbirdə həmçinin proqram iştirakçıları üçün "Azərkosmos" ekspertlərinin iştirakı ilə vörkşop təşkil edilib.

“İki sahil” xəbər verir ki, iştirakçıları salamlayan 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrindən ibarət proqram iştirakçılarına CİS sahəsində biliklərin əldə olunması üçün lisenziyaların təqdim edildiyini qeyd edib. Vurğulanıb ki, CİS sahəsində dünyanın qabaqçıl texnologiya şirkətlərindən olan "ESRI" ilə əməkdaşlıq çərçivəsində, tələbələrə şirkətin "ArcGIS" platformasından ödənişsiz istifadə, habelə məkan məlumatlarının təhlili və peşəkar vizualizasiya istiqamətlərində müvafiq texniki bacarıqların artırılması imkanları yaradılacaq. Tələbələr həmçinin təqdim edilən tədris materiallarından faydalana və bu sahədə lazımi biliklərə yiyələnə biləcəklər.

Tədbir çərçivəsində təşkil olunan vörkşop çərçivəsində "Azərkosmos"un Coğrafi İnformasiya Sistemi Mərkəzinin ekspertləri tərəfindən bu sahəyə dair ilkin anlayışlar, CİS sistemləri üzərindən görülən işlər, həyata keçirilən layihələr, bu istiqamətdə karyera planlaması və digər mövzularda maarifləndirici məlumatlar verilib. 

Sonda tələbələrin sualları cavablandırılıb və sahəyə dair biliklərin yoxlanması üçün interaktiv oyun keçirilərək qaliblər müəyyən edilib.

Qeyd edək ki, 4SİM tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafına yönəlik fəaliyyətlər çərçivəsində 4-cü sənaye inqilabı texnologiyalarının ölkədə tətbiqi və cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi üçün davamlı layihələr həyata keçirilir. Bu məqsədlə, "Google", "Binance", "Coursera", "ESRI" və "Apple" kimi qlobal texnologiya şirkətləri və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edilir.

phrase_var_article.chosen
42
1
ikisahil.az

2phrase_var_article.sources