AZ

Britaniya kəşfiyyatı Roma Papasına qarşı kamikadze hücumunun qarşısını alıb

Papa Fransiskin İraqa səfəri zamanı ona qarşı sui-qəsd planlaşdırılıb, lakin bu cəhd Britaniya xüsusi xidmət orqanlarının müdaxiləsi ilə qarşısı alınıb. 2021-ci ilin martında pontifik İraqın Mosul şəhərində olub. Bu şəhər 2014–2017-ci illərdə İŞİD-in nəzarəti altında idi.

Qaynarinfo İtaliyanın "Corriere della Sera" və "Stern" nəşrlərinə istinadən xəbər verir ki, Fransisk öz memuarlarında sitat gətirdiyi kitabda iki intiharçı-terrorçunun onu öldürmək istədiyini, lakin özlərinin həlak olduğunu yazır.

"Polis Britaniya xüsusi xidmət orqanlarından əldə edilən məlumatı Vatikanın təhlükəsizlik şöbəsinə ötürdü: partlayıcı kəmər taxmış gənc qadın, kamikadze qatil, Mosula Papa ziyarəti zamanı özünü partlatmaq üçün gəlirdi", deyə Fransisk qeyd edib.

Hadisəyə baxmayaraq, Papa İraqda qalaraq səfər planına sadiq qalıb.

"Növbəti gün mən jandarmadan həmin iki terrorçu haqqında nə məlum olduğunu soruşanda, komandir qısaca belə cavab verdi: "Onlar artıq yoxdur", deyə Papa əlavə edib.

Pontifik qeyd edib ki, İraq polisi terrorçuları "ələ keçirib" və onlar partlayış nəticəsində həlak olublar. Fransisk insan tələfatından "dərin kədərləndiyini" və "belə hadisələrin müharibənin zəhərli meyvəsi" olduğunu vurğulayıb.

Aydın


phrase_var_article.chosen
22
5
qaynarinfo.az

6phrase_var_article.sources