AZ

Hərbi kater turist bərəsinə çırpıldı: Ölənlərin sayı...

Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus sürətli kater Mumbay yaxınlığında məşhur turistik məkana gedən sərnişin bərəsi ilə toqquşub.

Musavat.com Associated Press-ə istinadən xəbər verir ki, katerin 100-dən çox insanı daşıyan bərəyə çırpılması nəticəsində azı 13 nəfər həlak olub.
Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada bərədəki 99 sərnişinin xilas edildiyi bildirilib. “Nilkamal” adlı bərə Elefanta adasına turist aparırmış. Mühərrik sınaqlarından keçən kater idarəetməni itirərək bərəyə çırpılıb.

Ölənlər arasında Hərbi Dəniz Qüvvələrinin bir hərbçisi və katerdə olan digər iki nəfər var. Məlumatda bildirilir ki, turistlər dəniz və mülki qayıqlar tərəfindən götürülərək yaxınlıqdakı estakadalara və xəstəxanalara aparılıb. Xilasetmə əməliyyatlarına 4 helikopter və Hərbi Dəniz Qüvvələrinin 11 kateri cəlb olunub.

Qeyd edək ki, hind mifologiyasına aid rəsmlər və məbədlərlə zəngin Elephanta Mağaraları Hindistanın maliyyə və əyləncə paytaxtı Mumbay yaxınlığında məşhur turizm məkanıdır.

 

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr