AZ

Azərbaycan və İran "Cənub Yük Terminalı"nın fəaliyyətini genişləndirə bilər

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsi müzakirə olunub.

Avtosfer.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Rövşən Rüstəmov İrana səfər edərək bu ölkənin dəmiryol administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüş keçirib. Görüşdə “Cənub Yük Terminalı”nın İranda yerləşlən Astara terminalının inkişafı üçün əsas mərhələlər və icra müddətləri, terminalda həyata keçirilən işlərin 2025-ci ilin sonuna qədər başa çatdırılması,eyni zamanda törəmə şirkətin fəaliyyətinin genişləndirilməsi üçün atılacaq ortaq addımlar, Araz çayının üzərində dəmir yolu körpüsünün məsələsi müzakirə edilib.

R.Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkənin Culfa şəhərində dəmiryol infrastrukturunun mövcud vəziyyəti ilə tanış olub. İran rəsmiləri ilə müzakirələr zamanı hər iki ölkənin iştirakı ilə Araz çayı üzərindən dəmiryol körpüsünün inşasına toxunulub, bu layihənin İran ərazisindən keçməklə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcəyi və dayanıqlı quru yol əlaqəsini təmin edəcəyi qeyd edilib. Nümayəndə heyəti həmçinin Culfada yerləşən dəmiryol nəqliyyat vasitələrinin təkər cütlərinin dəyişmə sexinin fəaliyyəti ilə tanış olub.

Seçilən
18
avtosfer.az

1Mənbələr