AZ

Türkiyə Prezidenti: Suriyada sabitlik bütün regionun sabitliyinə bərabərdir

Ankara, 18 dekabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın sabitliyi və təhlükəsizliyinin bütün region üçün təmin edilməsinin əhəmiyyətli olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Ankarada Livanın Baş naziri Nəcib Mikati ilə birgə mətbuat konfransında çıxış edən Türkiyə dövlətinin başçısı qeyd edib ki, Suriya böhranı fonunda bütün region 13 ildir çətin vəziyyətdədir.

“Bu gün Suriya tarixində yeni bir dövr açılıb. Bu ölkədəki sabitlik bütün regionun sabitliyinə bərabərdir. Bütün tərəflər bu prosesə maksimal dəstək verməlidir”, - deyə o vurğulayıb.

Dövlət başçısı Suriyanın ərazi bütövlüyünün və unitar quruluşunun qorunub saxlanmasının vacibliyini vurğulayıb və Türkiyənin bundan sonra da bu ölkənin xalqını dəstəkləyəcəyinə əmin edib.

Siyasətçi həmçinin Suriyanın yenidən qurulmasında dəstəyi “qonşu ölkələrin borcu” adlandırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
21
8
azertag.az

10Mənbələr