Suriyanın eks-prezidenti Bəşər Əsədin hökumət çevrilişinin baş verməsi fonunda ölkədən gizli şəkildə çıxması və rahatlıqla Rusiyaya qaçması müəyyən suallar doğurub.
Müxalif qüvvələrin bütün ölkə ərazisində onu axtararkən Əsədin rahatlıqla Moskvaya getməsi diqqət çəkib. Bəzi ekspertlərin fikrincə, proseslərdə birbaşa və dolayı yolla əli olan ABŞ, İsrail və Türkiyənin kəşfiyyat xidmətləri Əsədin qaçışından xəbərdar idi. Onun təyyarəsinin koordinatları ələ keçirilə və vurula bilərdi.
Əsədin Suriyadan çıxarılması adıçəkilən qüvvələrlə razılaşdırılıb? Yoxsa, Rusiya kəşfiyyatı ehtimal sui-qəsd cəhdini önləyə bilib?
Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqarlı deyib ki, Suriyada “Heyət Təhrir əş-Şam”ın Əsəd qüvvələrinin nəzarətində olan əraziləri sürətlə ələ keçirməsi bölgədə güclü təsir imkanlarına malik qüvvələr arasında razılaşma olduğunu göstərdi:
“Böyük ehtimalla Əsəd hələ hadisələr başlamadan öncə hakimiyyəti təhvil verməyə razı salınıb. Burada əsasən Rusiya, ABŞ və Türkiyə arasında razılaşmadan söhbət gedir. Təbii ki, proseslər İsrailin də lehinə işlədi və Qolan təpələri kimi strateji mövqeyə sahib ərazilər tamamilə Təl-Əvivin nəzarətinə keçdi.
Əsəd Rusiya və İran tərəfindən qorunurdu. Onun hakimiyyəti təhvil verməsi Tehrana heç cür sərf etmirdi. Amma İran oyundankənar vəziyyətdə qaldı və proseslərə təsir imkanlarını itirdi. Ehtimal ki, Əsədin Rusiyaya qaçmasına şərait yaradılması hakimiyyəti təhvil verməsi müqabilində razılaşdırılıb”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta