AZ

Əl-Culani: Qələbə təkcə suriyalıların deyil, həm də türklərindir

Qələbə təkcə suriyalıların deyil, həm də türklərindir.

İnterpress.az xəbər verir ki, türkiyəli jurnalist Yasin Aktay Suriyanın yeni hökumətinin liderlərindən biri və “Həyat Təhrir əl-Şam” (HTŞ) hərəkatının rəhbəri Əbu Məhəmməd əl-Culanidən müsahibə alıb.

Söhbətdə üsyançı lider Türkiyənin Bəşər Əsəd diktaturasının məğlub edilməsində mühüm rol oynadığını vurğulayıb.

“Bu qələbə təkcə Suriya xalqının deyil, həm də Türkiyə xalqının qələbəsidir. Bu qələbə məzlumun zalım üzərində qələbəsi və türk xalqı kimi səmimi insanların qələbəsidir”, – üsyançı lider bildirib.

Əl-Culani Suriyanın yeni hökumətinin iqtisadi inkişaf sahəsində Türkiyənin təcrübəsindən öyrənməyi gözlədiyini vurğulayıb, həmçinin gələcəkdə iki qonşu ölkə arasında ticarət, sosial və mədəni əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi ümidini ifadə edib.

“Bildiyiniz kimi, suriyalılar bir çox ölkədə sığınacaq tapıblar, lakin Türkiyə onları ən çox qəbul edən və hörmət edən ölkə olub. Suriya bu xeyirxahlığı unutmayacaq”, – siyasətçi əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr