AZ

“Real Madrid” Qitələrarası kubokun qalibi olub

Bakı, 18 dekabr, AZƏRTAC

Futbol üzrə Qitələrarası kubokun qalibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, həlledici oyunda İspaniyanın “Real Madrid” və Meksikanın “Paçuka” komandaları üz-üz gəlib. Qətərin paytaxtı Doha şəhərində keçirilən matç Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Kilian Mbappe, Rodriqo və Vinisius Junior vurublar. Görüşü Venesueladan olan baş hakim Xesus Valensuela idarə edib.

Seçilən
11
3
azertag.az

10Mənbələr