AZ

Fransada önəmli Suriya toplantısı

Bakı. TurkicWorld

Fransa yanvarda ərəb, türk və qərb tərəfdaşları ilə Suriya üzrə görüş keçirəcək.

TurkicWorld Arab.AZ-a istinadən xəbər verir ki, bu haqda Fransanın xarici işlər naziri Jan-Noel Barrot çərşənbə günü bildirib.

İclas keçən həftə İordaniyada keçirilən görüşün davamı olacaq.

Parlamentdə çıxış edən Barrot əlavə edib ki, Suriyada yenidənqurma yardımı və sanksiyaların ləğvi yeni hakimiyyətin aydın siyasi və təhlükəsizlik öhdəliklərindən asılı olacaq.

O, Suriyanın yeni keçid orqanlarının sözlərə görə deyil, zamanla hərəkətlərinə görə qiymətləndiriləcəyini vurğulayıb.

Daha əvvəl Fransa prezidenti Emmanuel Makron və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada keçidin ölkədəki bütün icmaların hüquqlarına hörmətlə yanaşması ilə bağlı razılığa gəliblər, bu haqda Fransa prezidentliyi çərşənbə günü liderlərin telefonla danışmasından sonra bildirib.
Onlar 2254 saylı qətnamənin prinsiplərinə uyğun olaraq, Suriyadakı bütün icmaların əsas hüquqlarına hörmətlə yanaşaraq, dinc və təmsilçi siyasi keçidin mümkün qədər tez həyata keçirilməsini arzuladıqlarını bildiriblər.

Barrot əlavə edib ki, Suriyanın şimal-şərqindəki Mənbic və Kobani şəhərlərində döyüşlər dərhal dayandırılmalıdır.
Onun sözlərinə görə, Fransa Suriyanın şimal-şərqində türklər və kürdlər arasında hər iki tərəfin maraqlarına cavab verən anlaşma tapmaq üçün çalışır.
Macron Ərdoğanla etdiyi zəngdə Suriyalı kürdlərin siyasi keçid prosesinə tam inteqrasiya olunmasının lazım olduğunu açıqlayıb.
Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri siyasi keçid prosesinin bir hissəsi olmalıdır, deyə o, bildiirb.

Seçilən
18
turkic.world

1Mənbələr