AZ

Fəxrəddin Miralayev vəfat etdi

Azərbaycanın Əməkdar memarı Fəxrəddin Böyük oğlu Miralayev vəfat edib.Metbuat.az Musavat.com-a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.Mərhumla vida mərasimi sabah saat 10:30-da Göy Məsciddə baş tutacaq.Xatırladaq ki, Fəxrəddin Böyük oğlu Miralayev 14 mart 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968-1974-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1975-1982-ci illərdə Azərbaycan SSR Mədəniyyət və Turizm Nazirliyinin Bərpa İdarəsində memar, 1983-1992-ci illərdə "Bərpaçı" Baş idarəsində memar, 1992-2000-ci illərdə Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri vəzifəsində işləyib. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Memarlıq abidələrinin bərpası və mühafizəsi Komitəsinin Baş idarəsinin rəisi işləyib.2003-2015-ci illərdə "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunda baş memar vəzifəsində çalışıb. 100-ə yaxın bina layihələrinin müəllifidir.

Opera və Balet Teatrının bərpası, Bibiheybət məscidi, Buzovnada Cümə məscidi, "ÜNS" teatrı (O. Səttarovla birgə), Fəxri xiyabanın (R.Əliyevlə birgə) və Şəhidlər xiyabanının rekonstruksiyası, Gəncədə İmamzadə Dini-memorial kompleksi, Qala kəndində Açıq səma altında Muzey, İçərişəhərin qala divarlarının bərpası, İqtisad Universitetinin və ətrafının regenerasiyası, Nəsimi meydanında yeraltı qaraj və mağaza (S.Salamzadə ilə birgə), Zərifə Əliyeva, Füzuli və Heydər Əliyev prospektlərində yerləşən binaların layihəsinin müəllifidir.

phrase_var_article.chosen
33
30
metbuat.az

10phrase_var_article.sources