AZ

Rus generalı İqor Kirillov niyə öldürüldü? - EHTİMALLAR

Ötən gün səhər Moskvanın Ryazanki prospektinin sakinləri partlayış səsini eşidib və pəncərədən çölə baxıblar ki, yerdə iki kişinin cansız cəsədi olub.
 

Sfera.az bildiri ki, birbaşa Rusiya Prezidenti Vladimir Putinə tabe olan İstintaq Komitəsi tezliklə bu şəxslərin general İqor Kirillov və onun müavini İlya Polikarpov olduğunu açıqlayıb.
 

Rusiya hakimiyyət orqanları partlayıcı maddənin binanın girişində yerləşdirilmiş elektrik skuterinə yerləşdirildiyini və partlayışın qurbanlar binadan çıxarkən baş verdiyini bildiriblər. Kirillovun son anlarının evinin yaxınlığında park edilmiş nəqliyyat vasitəsinin kamerasının izləndiyi də müəyyən edilib. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı terrorizm, qətl və qeyri-qanuni silah dövriyyəsi ittihamları ilə araşdırmalara başlayıb.
 

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak bunu təkzib etsə də, bir çox KİV anonim mənbələrə əsaslanan xəbərlərində hücumun arxasında Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) olduğunu yazıb.
 

Almaniyanın "Spiegel" xəbər jurnalı da bildirib ki, SBU partlayışdan sonra Kirillovu "tamamilə qanuni hədəf" kimi qiymətləndirib.
 

Rusiya kəşfiyyatı FSB hadisə ilə bağlı bir nəfərin saxlanıldığını bildiri . İfadədə şübhəlinin adı açıqlanmasa da, onun 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşı olduğu və SBU tərəfindən təyin edildiyi bildirilib.
 

Çərşənbə axşamı partlayış SBU-nun Kirillovu Ukrayna ordusuna qarşı kimyəvi silahdan istifadə əmri verməkdə ittiham etməsindən bir gün sonra baş verib.
 

Rusiya Xarici İşlər Nazirliyi sui-qəsdi dekabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) gündəminə gətirəcəklərini açıqlasa da, Kremldən hadisə ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
 

Bəs niyə hədəf kimi Rusiyada tanınmış general İqor Kirillov seçildi?

Əsədi təmizləyən şəxs: İqor Kirillov kimdir?

 

Kirillovun ictimai karyerası 2017-ci ildə Rusiyanın nüvə, bioloji və kimyəvi müdafiə qüvvələrinin rəhbəri təyin edildikdən sonra başlayıb. Həmin ilin aprelində Suriyanın cənubundakı Duma şəhərində baş verən kimyəvi silah hücumu ilə bağlı Rusiya hökumətinin sözçüsü vəzifəsində çalışan 54 yaşlı Kirillov beynəlxalq sanksiya siyahılarında idi. ABŞ, İngiltərə və Fransa Suriyanın o vaxtkı prezidenti Bəşər Əsədi xalqına qarşı kimyəvi silahdan istifadə etməkdə ittiham edərkən, Kirillov bu hücumun saxta olduğunu iddia edib. Kirillovun sözlərinə görə, rayondan götürülən nümunələrə sonradan zəhərli maddələr əlavə edilib. Lakin rus generalının bu iddiası heç vaxt təsdiqini tapmayıb.
 

Ukraynada bioloji laboratoriya iddiası
 

Kirillov Rusiyanın 2022-ci ilin fevralında Ukrayna ərazisinə hərtərəfli işğalına başlamasından sonra getdikcə daha çox tanınan sima olub. O , çıxışlarında ABŞ-ni Ukraynada bioloji silah laboratoriyaları yaratmaqda ittiham edib. Kirillovun sözlərinə görə, ABŞ pilotsuz təyyarələrlə rus əsgərlərinin mövqelərinə sarı qızdırma virusuna yoluxmuş ağcaqanadlar atmağı planlaşdırıb. O, heç vaxt iddiasını təsdiqləyən dəlil təqdim etməyib. O, həmçinin Rusiyada quş qripi hallarının Ukraynadan miqrasiya edən yoluxmuş heyvanlar səbəbindən artdığına dair iddiasına dəlil təqdim etməyib. Kirillov mətbuata verdiyi açıqlamalarda Ukrayna ordusunu cəbhə xəttində terror aktları törətməkdə və zəhərli maddələrdən istifadə etməkdə ittiham edib. Onun ötən ilin avqustunda səsləndirdiyi son iddia isə Ukraynanın radioaktiv materialla yüklənmiş “çirkli bomba”dan istifadə etməyə hazırlaşması olub.
 

İqor Kirillov niyə hədəf seçildi?
 

Alman politoloq və rusiyalı ekspert Hans-Henning Şröder deyib ki, Rusiya işğalı qanuniləşdirmək üçün Kirillovun yalan iddialarından istifadə edib. Şröderin sözlərinə görə, Kirillovun məqsədi həm ölkə daxilində, həm də xaricdə olan rusları Ukraynanın təhlükəli olduğuna və Moskvanın hərəkətlərinin qonşusunun pis niyyətli hərəkətlərinin qarşısını almaq olduğuna inandırmaqdır.
 

Öldürülən generalın sahədəki qoşunlara komandanlıq etmədiyinə və ya cəbhədəki hadisələrə görə məsuliyyət daşımadığına diqqət çəkən Şröder deyib ki, Kirillovun təbliğat rolu olmasaydı, Ukrayna kəşfiyyatının diqqətini çəkə bilməzdi.
 

Kirillov Rusiyada işğal başlayandan bəri bombalı hücumun hədəfində olan ilk yüksək səviyyəli şəxs deyil. Ultramillətçi Aleksandr Duqinin qızı, hərbi bloger Vladlen Tatarski və Donetsk vilayətinin keçmiş həbsxana rəisi bombalı hücumlarda həlak olublar. Rusiya bütün bu hücumlara görə Ukraynanı ittiham edib.
 

“Sabotaj aktı”
 

SBU-nun Kirillovun ölümünə görə məsuliyyəti öz üzərinə götürməsi xəbərinə diqqət çəkən Kiyevdə yerləşən Razumkov Mərkəzinin analitik mərkəzindən Oleksiy Melnik bəyan edib ki, əgər həqiqətən belə olubsa, baş verənlər terror aktı deyil, təxribat kimi qiymətləndirilməlidir.
 

“Əgər vəzifə yerinə yetirən hərbçi müharibə tərəflərindən biri tərəfindən öldürülürsə, bu, təxribat aktı kimi təsnif edilməlidir”, - Melnik deyib.
 

SBU-dan başqa partlayışda şübhəli bilinən başqa şəxslər də var. Melnik və Şröder həmçinin qeyd ediblər ki, qətl Rusiya daxilində hakimiyyət uğrunda gedən mübarizənin nəticəsi ola bilər. Şröder bildirib ki, Kirillovun qətli prezident Vladimir Putinin müdafiə naziri Sergey Şoyqunu vəzifəsindən azad etməsindən sonra nazirlik daxilində aparılan təmizləmələr kontekstində nəzərdən keçirilə bilər.
 

"Rusiya Müdafiə Nazirliyindəki qruplaşmalar arasında şiddətli toqquşmalar haqqında çox az şey bilirik" deyən Şröder və əlavə edib ki, bu hal hələ də nazirlik daxilində bir qruplaşmanın digəri ilə döyüşməsinin nəticəsi ola bilər.

İnci

Seçilən
32
sfera.az

1Mənbələr