İspaniyanın "Real Madrid" klubu meksikalı "Paçuka"nı məğlub edərək 2024-cü il Qitələrarası Kuboku qazanıb.
Teleqraf.com xəbər verir ki, Qətərin “Lusail İkonik” stadionunda keçirilən görüş 3:0 hesabı ilə başa çatıb.
Matçda hesabı 37-ci dəqiqədə Vinisiusun ötürməsindən fərqlənən Kilian Mbappe açıb. 53-cü dəqiqədə Rodriqo qol vurdu, Mbappe isə köməkçi rolunu oynadı. 84-cü dəqiqədə Vinisius penaltini dəqiq yerinə yetirib.
Müəllif: Arzu