Bu gün Qətərdə Qitələrarası Kubokun final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, turnirin həlledici matçında “Real Madrid” ilə Meksika “Paçuka”sı üz-üzə gəlib.
"Lusail" stadionunda baş tutan qarşılaşmanın qalibi İspaniya nəhəngi olub - 3:0. "Kral klubu"nun qollarını Kilian Mbappe, Rodriqo və Vinisius Junior vurub. Beləliklə, "Karlo Ançelottinin komandası növbəti titula sahib çıxıb.
Qeyd edək ki, turnirdə birbaşa finaldan başlayan "Real"dan fərqli olaraq, “Paçuka” Amerika derbisində “Botofoqo”nu (Braziliya) 3:0, "Çelenc" mərhələsində isə Misir “Əl-Əhl”"sini penaltilərlə (0:0, pen. - 6:5) məğlub edib.
Qitələrarası Kubok
Final
18 dekabr
“Real Madrid” (İspaniya) – “Paçuka” (Meksika) 3:0
Qollar: Kilian Mbappe, 37. Rodriqo, 53. Vinisius Junior, 84-pen.
Baş hakim: Xesus Valenzuela (Venesuela)
Lusail stadionu