Futbol üzrə İspaniya çempionu “Real” (Madrid) bu gün Qətərdə təşkil olunmuş Qitələrarası Kubokun qalibi olub.
Arena.az xəbər verir ki, Madrid təmsilçisi “Lusail” stadionunda baş tutan həlledici görüşdə Meksikanın “Paçuka” komandası ilə üz-üzə gəlib.
İspaniya klubu yarışa birbaşa finaldan başlayıb. “Paçuka” isə Amerika derbisində “Botofoqo”nu (Braziliya) 3:0, Çelenc mərhələsində isə Misir “Əl-Əhl” komandasını penaltilərlə (0:0, penaltilər 6:5) məğlub edib. Amma meksikailılar eyni uğuru İspaniya nəhəngi ilə görüşdə davam etdirə bilməyiblər. Madridlilər 3:0 hesabı ilə qalib gələrək, növbəti titula sahib çıxıblar.
İspaniya klubunun heyətində Kilian Mbappe, Rodriqo və Vinisius Junior fərqləniblər.
Qeyd edək ki, “Real” tarixində dördüncü Qitələrarası Kuboka sahib çıxıb. Madrid klubu daha öncə 1960, 1998 və 2002-ci illərdə də bu titulu əldə etmişdi. Bu, sözügedən turnirin tarixində rekord göstəricidir.
Qitələrarası kubok
Final
18 dekabr
“Real” (İspaniya) – “Paçuka” (Meksika) 3:0
Qollar: Kilian Mbappe, 37. Rodriqo, 53. Vinisius Junior, 84-pen.
Baş hakim: Xesus Valenzuela (Venesuela).
Qətər. “Lusail” stadionu.
Real: Tibo Kurtua, Antonio Rüdiger, Fran Qarsiya, Orelyen Tçuameni, Eduardo Kamavinqa (Dani Sebalyos, 62), Federiko Valverde, Lukas Vaskes (Raul Asensio, 88), Cud Bellingem (Arda Gülər, 88), Rodriqo (Luka Modriç, 70), Vinisius Junior, Kilian Mbappe (Brahim Dias, 62).
Ehtiyat oyunçular: Andrey Lunin, Fran Qonsales, Xesus Valyexo, Yussef Enrikes, Lorenso Aquado, Endrik.
Baş məşqçi: Karlo Ançelotti.
Paçuka: Karlos Moreno, Serxio Barreto, Brayan Qonsales, Luis Rodriqes (Karlos Sançes, 75), Andres Mikolta, Pedro Pedrasa, Nelson Deossa (Serxio Ernandes, 88), Alan Bautista (Anxel Mena, 75), Elias Montiel, Ussama İdrissi, Salomon Rondon.
Ehtiyat oyunçular: David Şrem, Xose Euloqio, Alonso Aseves, Qustavo Kabral, Xorxe Berlanqa, Arturo Qonsales, Xose Saldivar, Faber Jil, Ouen Qonsales, Serxio Aquayo.
Baş məşqçi: Xorxe Gilyermo Almada.