Qitələrarası Kubokun final oyununda "Paçuka"nı yenən "Real Madrid"in çalışdırıcısı Karlo Ançelotti İspaniya nəhənginin tarixinin ən uğurlu baş məşqçisi olub.
Fanat.Az xəbər verir ki, "Real"ın "sükanı arxası"nda 15-ci mükafatını qazanan italiyalı heç bir mütəxəssisin bacarmadığı nəticəyə imza atıb.
Qeyd edək ki, Madrid təmsilçisi "Paçuka"nı 3:0 hesabı ilə üstələyib. Hesabı 38-ci dəqiqədə Vinisius Juniorun ötürməsini qola çevirən Kilian Mbappe açıb. 53-cü dəqiqədə Rodriqo fərqlənibsə, Vinisius 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Nihat