AZ

Müdafiəçisinə yeni müqavilə təklif etməyə hazırdır

“İnter” müdafiəçisi Federiko Dimarkoya yeni müqavilə təklif etməyə hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi italiyalı ilə yeni anlaşmanı müzakirə etməyi planlaşdırır.

27 yaşlı müdafiəçi cəmi bir il əvvəl “İnter”lə yeni müqavilə imzalayıb. Onun hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Dimarko bu mövsüm Simone İnzaqinin komandasında 18 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
8
sportinfo.az

1Mənbələr