AZ

Yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannamənin BÖLMƏLƏRİ

Yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannamənin hansı bölmələrdən ibarət olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannamə Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

– “Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

– Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininin, dizel yanacağının və maye qazın həcminə görə verginin və icbari tibbi sığorta haqlarının hesablanması” bölməsində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsal həcmi və müvafiq olaraq hesablanmış vergi və cəmi icbari tibbi sığorta haqqının məbləği əks olunur.

– “Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın həcminə görə icbari tibbi sığorta haqlarının hesablanması”na aid 3-cü bölməsində hesabat ayı ərzində Respublikaya idxal edilmiş avtomobil benzininin, dizel yanacağının və maye qazın həcmi və müvafiq olaraq hesablanmış icbari tibbi sığorta haqqının məbləği əks olunur.

Seçilən
8
heftelik.az

1Mənbələr