AZ

Bakı konfransı qlobal hədəfləri aktuallaşdırdı

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP Bürosunun üzvü Andrey Boiç Azərbaycan mediasına müsahibəsində 29-cu iqlim konfransında əldə edilən razılaşmaların ətraf mühitin yaxşılaşmasına mühüm təsir göstərəcəyini, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bu istiqamətdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində əhəmiyyətli rol oynayacağını bildirib.

Onun sözlərinə görə, Bakı razılaşmaları karbon bazarları sahəsində tarixi nailiyyətdir: “Təxminən 10 illik danışıqlardan sonra ölkələr Paris Sazişi çərçivəsində karbon bazarlarının fəaliyyəti ilə bağlı yekun razılığa gəliblər. Bu isə karbon kreditləri mexanizmini və onların ticarətini işə salmağa imkan verəcək”.

Keçmiş vitse-prezident, həmçin vurğulayıb ki, Bakıda əldə edilən razılaşma karbon emissiyaları və kreditləri üzrə kvotalarla ticarətin koordinasiyasında aydınlığı gerçəkləşdirir, Pais Sazişinin VI maddəsinin qəbulu isə iqlim ambisiyalarını artırmaq və iqlim maliyyəsini səfərbər etmək üçün karbon bazarlarında əməkdaşlığın qurulmasında tarixi mərhələni şərtləndirir.

A.Boiç belə bir əminliyini də diqqətə çatdırıb ki, Pais Sazişinin sözügedən maddəsinin ölkələrə öz iqlim ambisiyalarını daha ucuz və sürətlə həyata keçirməyə və qarşıdakı 10 illik bir dövrdə qlobal emissiyaların 2 dəfə azaldılmasında tərəqqini reallaşdırmağa mühüm təsir göstərəcək.

A.Boiçin fikrincə, indi ölkələr iqlim fəaliyyətlərini sürətləndirmək, eləcə də milli səviyyədə müəyyənləşdirilən töhfələri yerinə yetirmək üçün özəl sektor kapitalını səfərbər edə bilərlər: “Bakıda Pais Sazişinin VI maddəsi üzrə yekdilliklə qəbul olunan qərarlar real emissiya azalmaları hesabına karbon bazarlarının ekoloji bütövlüyünün və şəffaflığının təmin edilməsi, həmçinin qlobal iqlim investisiyalarının stimullaşdırılması üçün böyük potensialın üzə çıxarılmasında əhəmiyyətli rol oynayacaq”.

 

Seçilən
8
xalqqazeti.az

1Mənbələr