AZ

Suraxanıda qəza: ata və qızı xəsarət aldı

Bakının Suraxanı rayonunda 35 yaşlı kişi və övladı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıblar.

Axar.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Davud Əhməd oğlu Əhmədov və yeniyetmə qızı 2011-ci il təvəllüdlü Z.Ə. ağır xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı hər iki yaralıya kəllə-beyin travması və müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
9
axar.az

10Mənbələr