ABŞ Hərbi Hava Qüvvələrini, eləcə də bütün NATO ölkələrinin aviasiyasını yenidən silahlandırmaq üçün nəzərdə tutulmuş beşinci nəsil F-35 çoxməqsədli qırıcıların istehsalı proqramı uğursuzluğa düçar oldu.
Teleqraf.com xəbər verir ki, bunu "Responsible Statecraft"ın jurnalisti Den Qrazer deyib.
“Amerika xalqı başa düşməlidir ki, F-35 proqramı tamamilə uğursuzdur. Milli təhlükəsizlik komandasındakı böyük adamlar çətin ki, bunu belə sərt ifadələrlə etiraf etsinlər, lakin onlardan bəziləri artıq həqiqəti səssizcə etiraf edirlər”, - Qrazer bildirib.
Müəllif: Arzu