Livanın Mütərəqqi Sosialist Partiyasının (MSP) lideri Valid Cumblat ordu komandanı general Cozef Aunun prezidentliyə namizədliyini irəli sürmək təşəbbüsü ilə çıxış edib.
APA xəbər verir ki, bu barədə MSP-nin mətbuat xidmətinin “X”-də yerləşdirilmiş mesajında deyilir.
Qeyd olunur ki, livanlı siyasətçi qərarını parlament fraksiyasının iclasında açıqlayıb.
“Partiyanı Deputatlar Palatasında təmsil edən Demokratik Yığıncaq bloku 9 yanvar 2025-ci il tarixində keçiriləcək parlament iclasında Livan prezidentinin seçilməsinə ehtiyac olduğunu bəyan edir və ordu komandanı general Cozef Aunun namizədliyini dəstəkləyir”, - mətndə deyilir.