AZ

Trampın gələcək xüsusi nümayəndəsi: Rusiyanın itkiləri Ukrayna ilə müqayisədə 5 dəfə çoxdur

Musavat.com xəbər verir ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri və Donald Trampın gələcəkdə Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi olacaq Kit Kelloq Rusiyanın müharibədəki itkilərinin Ukrayna ilə müqayisədə 5 dəfə çox olduğunu bildirib.

O, bu açıqlamanı Fox News kanalına müsahibəsi zamanı səsləndirib.

Kelloq qeyd edib ki, Rusiya döyüşlərdə “insan dalğası” taktikasından istifadə edir və bunun nəticəsində çoxsaylı canlı qüvvə itkilərinə məruz qalır:
“Hazırda itkilərin nisbəti Ukrayna ilə Rusiya arasında təxminən 5:1 təşkil edir. Min gün davam edən müharibədə Rusiyanın 350-400 min, Ukraynanın isə 150 minə yaxın itki verdiyini görürük. Hər iki tərəf indi düşünür ki, bəlkə də geri çəkilmək vaxtıdır.”

Kelloq həmçinin vurğulayıb ki, münaqişə uzandıqca itkilərin miqyası daha da böyüyür və həm Ukrayna, həm də Rusiya üçün bu müharibənin davam etdirilməsi ağır nəticələr doğurur.

Bu açıqlamalar xüsusilə gələcəkdə müharibənin dayandırılması üçün diplomatik yolların axtarılmasının zəruriliyini bir daha gündəmə gətirib.

 

Musavat.com

Seçilən
14
1
musavat.com

10Mənbələr