AZ

Kir Starmer və Donald Tramp arasında telefon danışığı olub

Britaniyanın Baş naziri Kir Starmer və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. SİA xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb. Tərəflər yaxın və tarixi əlaqələri gücləndirmək istəklərini ifadə ediblər. Onlar beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf və rifahın təmin edilməsi kimi ortaq prioritetlər üzərində işləməyə hazır olduqlarını vurğulayıblar.

Qlobal münaqişələrə toxunan Baş nazir, müttəfiqlərin Ukraynanın yanında olmasının vacibliyini və Ukraynanın mümkün qədər güclü vəziyyətdə olmasını təmin etməyin əhəmiyyətini qeyd edib. Yaxın Şərq barədə müzakirələr zamanı Kir Starmer bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün birgə işin vacibliyini vurğulayıb. Hər iki lider mütəmadi olaraq əlaqədə qalmaq və ən qısa zamanda bir-biriləri ilə görüşmək barədə razılığa gəliblər.

Seçilən
7
4
sia.az

5Mənbələr